Küləyə söylədim ki,səndən hər axşam,səhər Mənə gətirsin xəbər.Bir səhər oyanarkən,Bir də gecə yuxusuz,xəyalınla baş-başa,həsrətinlə yanarkən.Küləyə söylədim ki,tələsməsin,dayansın,Mənə görə yubansın.Dedim varaq götürüm,yazım tez üç-dörd sətir,Sevgilimə sən yetir.Mənim ürək sözümü apar,bir xəbər gətir.Məni ümüdləndirən,Yaşamağa güc verən,Sevgilimdən bir xəbər,Ya bu gecə,ya səhər.Küləyə söylədim ki,gecəni hiss edəndə,Sən yuxuya gedəndə,Fırtınalar qoparsın,Bircə göz qırpımında sənin yanına varsın.İncə,zərif səs ilə pıçıldasın gizlicə,Səni sevirəm,necə...Küləyə söylədim ki,toxunsun əllərimə,Sığallasın telini bugün mənim yerimə.Necə əzizləyirsə ana körpə balasın,Həmin məhəbbət ilə tellərini darasın.Səni oyatmasın heç,dağıtmasın yuxunu,Otağıma gətirsin sənin o gül qoxunu.Hiss eliyim ətrini,nəfəs alım dərindən,Dəli küləklər kimi aşıb,keçsin arzular dağların üzərindən.Küləyə söylədim ki,qonmasın buludlaraMəni eşitsin barı,İstəyirəm bu gecə soyuq bir qış axşamıYağış yağa,qar yağa,Hər dərəyə,hər dağa.Külək tulfan qopara,Sevgilimin nə dərdi,nə qəmi varYağış yuya,apara.Görəsən o bilirmi bugün mənim ömrümün ən kədərli çağıdır,Görəsən o bilirmi mənim zərif ürəyim kobud dünya əlində uşaq oyuncağıdır?!Qəfil gurultulu səs xəyalımı dağıdır,Bu nə səsdir görəsən?bu səs nəyin səsidir?Pəncərəyə qaçıram,boylanıram çölə tez,Gerçək olarmış arzum,inanmıram,belə tez?Bu şimşəyin səsidir...Bəlkə də ürəyimdə hayqıran bir arzunun,bir istəyin səsidir.

Теги: sevgi xəyal şeir arzu

Теги других блогов: sevgi xəyal şeir arzu